19 Noyabr 2014 15:52
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərini müzakirə etmək üçün Ankaraya gedəcək.

Teleqraf.com ”Cihan” agentliyinə istinadən xəbər verir ki, Putinin Türkiyəyə səfərinin dekabrın 1-də baş tutması gözlənilir.

Kremldə keçirilən mərasimdə Putin, Türkiyənin Moskvadakı səfiri Ümid Yardım və ABŞ-ın Moskvadakı səfiri Con Tefft ilə birlikdə 15 səfirin etimadnaməsini qəbul edib.

Putin mərasimdə çıxışı zamanı Türkiyə ilə Rusiya arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün mühüm addımların atılacağına ümid etdiyini bildirib.

Rusiya prezidenti həmçinin ABŞ ilə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində hər sahədə əməkdaşlıq etməyə hazır olduqlarını deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər