“Rusiyanın Ukraynanın şərqində aldatma əməliyyatlar həyata keçirmək üçün bəzi agentləri öncədən bölgəyə yerləşdirdiyi məlumatına sahibik”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Psaki deyib.
Bu aldatma əməliyyatların Rusiyanın Ukraynanın işğalına zəmin hazırlamaq üçün planlaşdırdığını bildirən Ağ Ev rəsmisi xatırladıb ki, bunu əvvəllər də görüblər:
“2014-cü ildən əvvəl də görmüşük. Bunlara təxribat aktları və Ukraynanın rus qüvvələrinə qarşı hücuma hazırlaşdığı ittihamı daxildir”.
İddia edilən agentlərin şəhər döyüşlərində xüsusi təlim keçmiş insanlar olduğunu qeyd edən sözçü Moskvanın sosial media kanalları vasitəsilə Ukrayna haqqında dezinformasiya həyata keçirdiyini bildirib. İddia edib ki, Rusiya ordusu yanvarın ortaları ilə fevralın ortaları arasında Ukraynaya müdaxilə edə bilər.
Pentaqon sözçüsü Con Kirbi də Rusiyanın Ukraynada “saxtalaşdırma əməliyyatı” həyata keçirmək üçün Ukraynanın şərqinə öz agentlərini yerləşdirməsi iddiasını təsdiqləyib. Bu məlumatın niyə özəl olaraq Moskvaya deyil, birbaşa ictimaiyyətə çatdırılması ilə bağlı suala Kirbi belə cavab verib: “Gördüklərimizi açıq şəkildə ifadə etməyi vacib hesab etdik”.
Məlumatın sadəcə ABŞ kəşfiyyatının təhlili olub-olmaması ilə bağlı suala gəldikdə Kirbi deyib ki, kəşfiyyat müxtəlif mənbələrdən toplanmış bir şeydir və o, bu xüsusi kəşfiyyatın mənbəyini dəyərləndirməyəcək.
Pentaqon sözçüsü qeyd edib ki, ABŞ-ın Ukraynada 200 əsgəri var və onların təhlükəsizliyi ilə bağlı Rusiya ilə əlaqə saxlaya biləcək bir çox kanal var.