15 Yanvar 2022 17:30
3 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Britaniya kəşfiyyatı Rusiyanın “bir neçə gündən sonra Ukraynaya hücum edəcəyini” elan edərkən, ölkəyə girmək üçün bəhanə olaraq öz qoşunlarına hücum edə biləcəklərini irəli sürüblər.

Teleqraf.com xəbər verir ki, İngiltərə İcmalar Palatasının müdafiə komitəsinin sədri Tobias Ellvud Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklə bağlı mühüm açıqlamalar verib.

Ukraynada müharibənin “qaçılmaz” olduğunu bildirən Ellvud bir neçə gün sonra Rusiyanın işğalını gözlədiklərini iddia edib..

Britaniya kəşfiyyat mənbələri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya girməyə haqq qazandırmaq üçün öz qüvvələrinə gizli hücum təşkil edəcəyini proqnoz edir.

Britaniya İcmalar Palatasının müdafiə komitəsinin sədri Tobias Ellvud açıqlamasında deyib: “Qorxuram ki, Rusiya qüvvələrinin işğalı qaçılmazdır. Prezident Putini işğal barədə iki dəfə düşünməsi üçün Ukraynada kifayət qədər hərbi texnika və şəxsi heyət yerləşdirmək imkanımız var idi, lakin bunu edə bilmədik”.


Müəllif: Nemət

Oxşar xəbərlər