15 Yanvar 2022 14:03
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO yanvarın 14-də Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünü alqışlayır”.

Teleqraf.com xəbər verir ki, bu barədə özünün Twitter mikrobloqunda NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, NATO bu ölkələr arasında ikitərəfli münasibətlərin normallaşmasının tərəfdarıdır və bu, regionda sabitliyin təmin olunmasına kömək edəcək: “Biz Ankara və İrəvanı daha çox səy göstərməyə çağırırıq”.

Qeyd edək ki, dünən Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında 1,5 saatlıq görüş baş tutub. Bu 30 ildən sonra Ankara və İrəvan arasında münasibətlərin yoluna qoyulması üçün ilk rəsmi addımdır.


Müəllif: Nemət

Oxşar xəbərlər