19 Noyabr 2014 16:17
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Şimali Koreyanı Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edə bilər.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Şimali Koreyada insan haqlarının pozulması ilə bağlı BMT İnsan haqları komitəsində hazırki prezident Pxenyan rejiminin insanlığa qarşı cinayətlərinin araşdırılması ilə bağlı vəsatət qəbul olunub. Səsvermədə qətnaməni 111 ölkə dəstəkləyib, 19 ölkə layihənin əleyhinə səs verib, 55-i isə bitərəf qalıb. Təhlükəsizlik Şurasında veto qoymaq hüququna malik olan Çin və Rusiya qətnaməyə qarşı səs veriblər. Qətnamədə üzv ölkələr cinayətləri törədənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırılır.

Bundan sonra bir neçə həftə ərzində BMT Baş Assambleyası vəsatət üzrə səsvermə keçirməlidir.

Samir


Müəllif: