15 Yanvar 2022 17:58
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə məşhur parfümeriya şirkətində işləyən Frederik Desnard 7 ay xəstəlik məzuniyyətində qaldıqdan sonra 2014-cü ildə işdən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Desnard işinə görə yorğunluğunun daha da pisləşdiyini, avtomobil idarə edərkən epilepsiya tutmaları keçirdiyini və bir neçə gün komada qaldığını iddia edib.

4 il ərzində hər gün 20-40 dəqiqə işləyən Desnard bu vaxtları “cəhənnəmə” bənzədib: “Artıq heç nə üçün enerjim qalmadı. Boş yerə maaş aldığım üçün özümü günahkar hiss etdim və utandım. Məndə şirkətdə görünməz olduğum təəssüratı yarandı".

İş yerinə qarşı qanuni mübarizəyə başlayan Desnard müraciət etdiyi əmək məhkəməsindən təzminat tələb edib. Məhkəmə isə "darıxdırıcılığın" təqib növü olduğu ilə razılaşıb və Paris Apellyasiya Məhkəməsi də qərarı dəstəkləyib. Beləliklə, Desnard 33 min funt-sterlinq (47 min dollar və ya 77 min 624 manat) təzminat alıb.


Müəllif: Yeganə Oqtayqızı