15 Yanvar 2022 21:09
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq.

Teleqraf.com-un məlumatına görə, bu sözləri KTMT-nin baş katibi Stanislav Zas bildirib.

"Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət daimi dislokasiya məntəqələrinə qaytarılacaq. Hava şəraiti əlverişli olarsa, o zaman Rusiya Müdafiə Nazirliyinin planına əsasən, yanvarın 19-dək hər kəsin daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır", - deyə Zas söyləyib.


Müəllif: Teleqraf.com