16 Yanvar 2022 12:28
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirman vilayətində 5,1 gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, zəlzələ vilayətin Sireç şəhəri yaxınlığında, 12 kilometr dərinlikdə baş verib.

Bildirilib ki, Kirman vilayətində 18 aktiv zəlzələ ocağı var və onlar zaman-zaman fəallaşır.

Zəlzələ zamanı ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yoxdur.


Müəllif: Teleqraf.com