16 Yanvar 2022 18:11
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq şirkətlərdən tutmuş ABŞ prezidentlərinə qədər bir çox nüfuzlu şəxsə və qurumlara kiberhücum təşkil edən “REvil-Ransomware Evil” haker qrupu rəsmən yox edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamada haker qrupunun əməliyyatla dağıldığı bildirilib.

Əməliyyatda qrupun ələ keçirilən üzvlərinin həbs edildiyi deyilib. Dünyanın ən böyük haker şəbəkəsi olan “REvil”in dağıldığı xəbəri texnologiya nəhənglərini sevindirib. Əməliyyatda hakerlərin aktivləri də ələ keçirilib. Rusiya Təhlükəsizlik Xidməti ümumilikdə 600 min dollar kripto valyuta, 426 milyon rubl, ümumilikdə 5.5 milyon dollar müsadirə edərək götürüb.

Təhlükəsizlik Xidməti həmçinin 20 premium avtomobili ələ keçirdiyini açıqlayıb.

FSB-nin əməliyyatla bağlı ətraflı məlumat verib-verməyəcəyi bəlli deyil. Qrupun bundan sonra nə vaxtsa yenidən bir araya gəlib-gəlməyəcəyi məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər