16 Yanvar 2022 19:27
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVAX proqramı fəaliyyət göstərdiyi müddətdə kasıb ölkələr üzrə 1 milyard doza COVID-19 vaksini göndərib, lakin bu sahədə hələ görüləsi çox iş var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadla məlumat yayıb. COVAX proqramı üzrə vaksinlərin 144 ölkəyə daxil olduğu bildirilir.
ÜST-nin məlumatına görə, təşkilatın 194 üzv ölkəsindən 36-sı əhalinin 10 faizdən azını, 88 ölkəsi isə 40 faizdən az hissəsini peyvəndləyə bilib.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus dekabrın sonlarında dünya ölkələrini 2022-ci ilin iyulunadək sakinlərin 70 faizini vaksinasiya etməyə çağırmışdı.

Amerikanın Con Hopkins Universitetinin informasiyasına əsasən, dünya üzrə COVID-19-a qarşı tətbiq edilən vaksin dozalarının miqdarı 9 milyard 615 milyonu ötüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər