16 Yanvar 2022 23:42
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə bir qrup qadın iş və təhsil hüququnun bərpa edilməsi tələbi ilə etiraz aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, Kabil Universiteti qarşısında keçirilən aksiyada qadınlar əllərində “bərabərlik və ədalət”, “qadın hüquqları insan hüquqlarıdır” yazılmış şüarlar tutublar.

Polis aksiyaya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir neçə qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Aksiyanı çəkən şəxslərin mobil telefonları müsadirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər