17 Yanvar 2022 08:25
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın Yapon dənizi istiqamətində eyni vaxtda iki qısa mənzilli ballistik raket atdığı ehtimal olunur.

Teleqraf.com-un məlumatına görə, bu barədə Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi xəbər verib.

Məlumata əsasən, raket buraxılışı Pxenyan yaxınlığındakı Sunan Beynəlxalq Hava Limanı ərazisindən həyata keçirilib.

Əlavə məlumat verilməyib.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket buraxılışıdır.


Müəllif: Teleqraf.com