Yanvarın 15-də ABŞ-ın Texas ştatının sinaqoqunda girov götürən şəxs Böyük Britaniya vətəndaşıdır.
Teleqraf.com xəbər verir ki, girov götürən şəxsin adı Malik Feysal Əkrəmdir, onun 44 yaşı var.
Qeyd edək ki, Texasın Kollivill şəhərində bir nəfər yerli sinaqoqda üç kilsə üzvü və bir ravvini girov götürüb. Girovlar azad edilib, onlardan heç biri xəsarət almayıb. Hücum zamanı həmin şəxs zərərsizləşdirilib.