Rusiya Aerokosmik Qüvvələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinə daxil olan hərbçilərini daşıyan təyyarə Qazaxıstandan Moskva yaxınlığındakı Çkalovski aerodromuna uçub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün Rusiya Aerokosmik Qüvvələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinə daxil olan hərbçilərini daşıyan “İl-76” hərbi-nəqliyyat təyyarəsi Çakalovski aerodromuna çatıb”, - məlumatda qeyd edilib.
Açıqlamada bunun Rusiya sülhməramlılarını ölkələrinə gətirən ilk təyyarə olduğu bildirilib.
Qeyd olunub ki, təyyarə aerodroma endikdən sonra şəxsi heyət silahları və hərbi texnikaları ilə birlikdə daimi dislokasiya yerlərinə qayıdıblar.
Bu gün, eyni zamanda, KTMT-nin tərkibində tapşırıqları yerinə yetirən Rusiya Hava-Desant Qüvvələri bölmələrinin şəxsi heyəti və texnikaları Ulyanovsk vilayətindəki Vostoçnı aerodromuna çatdırılacaq.