“Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin edilən vitse-spiker Ruben Rubinyan savadsız, nadan, özünü idarə edə bilməyən adamdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda Azərbaycan məsələləri üzrə “ekspert” Armine Adibekyan deyib.
Adibekyan bildirib ki, Ermənistanla Türkiyə arasında 30 ilə yaxındır heç bir münasibət yoxdur: “İndi isə çoxdan gözlənilən görüş baş tutub və saatyarım davam edib. Qarabağ mövzusu ilə bağlı son 30 il ərzində ildə bir neçə dəfə görüşlər keçirilir və hər biri 7-8 saat davam edir. Bir saat yarım nə danışa bilərdiniz? Bu “salam” üçün kifayətdir! Rubinyan isə casus deyil. Kaş casus olardı. Savadsız, nadan, bacarıqsız adamdır. Və o, indi tarixi prosesdə tarixi düşmənə qarşı bizim tarixi maraqlarımızı təmsil edir”.
Ekspert qeyd edib ki, onun gözləntiləri çox zəifdir: “Sərhədin açılmasının müsbət və mənfi tərəfləri ilə bağlı iqtisadi araşdırma yoxdur, siyasi, geosiyasi, hərbi araşdırma yoxdur. Uşaqlar, ümumiyyətlə vəziyyəti öyrənmisiniz? Nüfuzlu təşkilatlara analiz sifariş etmisiniz? Kimsə sizə təhlükələr haqqında danışdı? Xeyr, onlar bir banq ilə gedirlər, çünki onlar qonşunu bağışlamalıdırlar”.