17 Yanvar 2022 23:28
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumu (WEF) zamanı bütün ölkələri növbəti pandemiyaya hazırlaşmağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, A.Quterreş videomüraciətində deyib ki, hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla, habelə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) profilini yaratmaqla növbəti pandemiyaya hazırlaşmaq zərurəti yaranıb.

O, həmçinin mövcud koronavirusa qarşı ədalətli və bərabər əsaslarla mübarizə aparmağa çağırış edib.

Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortasında isə 70%-ni peyvənd etməyi strategiya kimi qarşıya qoymuşdu: "Biz bu hədəflərdən uzağıq. Bu, utancvericidir. Yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər