18 Yanvar 2022 11:33
4 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Edi Rama ilə birgə mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransında Ərdoğanın alban jurnalistə verdiyi cavab gündəmə öz möhrünü vurub.

Jurnalist Türkiyə liderinə “Albaniyaya verdiyiniz dəstəyə görə bir qazancınız olacaqmı?” sualını ünvanlayıb.

Prezident Ərdoğan jurnalistin sualına belə cavab verib:

“Məncə, siz bizi yanlış tərəfə çəkmək istəyirsiniz. Amma biz yanlış tərəfdə olmayacağıq. Aramızda qardaşlıq hüququ var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər