18 Yanvar 2022 11:55
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə amerikalı konqresmenlər Emi Klobuşar, Robert Portman, Kris Mörfi, Cin Şahin, Riçard Blümental və Rocer Uikerlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Zelenski görüş zamanı ABŞ Konqresinə ölkəsinin üzləşdiyi təhlükə qarşısında Ukrayna xalqı ilə həmrəyliyinə görə təşəkkür edib.

Amerika nümayəndə heyətini Ukrayna sərhədlərindəki son durumla bağlı məlumatlandıran prezident Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar paketinin hazırlanmasının zəruriliyinə diqqət çəkib.

Zelenski bildirib ki, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yaşayanlara pasport verməyə davam edir və “Rusiya vətəndaşları”nı qorumaq adı altında gərginliyi artırmaq üçün bəhanə axtarır.

ABŞ senatorları da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edərək, ölkənin öz təhlükəsizliyini təmin etmək yollarını müstəqil seçmək hüququna malik olduğunu vurğulayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər