18 Yanvar 2022 13:53
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikalı jurnalist Marqarito Martinez yaşadığı Tijuana ərazisində evinin önündə ağzından güllə ilə vurulub.

Teleqraf.com bildirir ki, bu barədə jurnalistin işlədiyi “Cadena Notikias” nəşri məlumat verib.

Marqarito Martinez bu səhər evindən çıxarkən güllələnərək öldürülüb. Polis araşdırmaya başlayıb, lakin hələlik bu məsələ ilə bağlı rəsmi mövqe yoxdur.

Qeyd edək ki, Martinez regional cinayətlər mövzusunda ixtisaslaşmış müəllif və fotoqraf kimi yerli və beynəlxalq nəşrlərlə əməkdaşlıq edib.

2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb ki, bu da dünya üzrə ən yüksək rəqəmdir.


Müəllif: Nemət

Oxşar xəbərlər