18 Yanvar 2022 15:17
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaponiyanın suverenliyi Kuril adalarının şimal hissəsinə də şamil edilir”.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Xarici işlər naziri Yoşimasa Hayaşi deyib.

Hayaşi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Kuril adaları ilə bağlı açıqlamasına münasibət bildirib.

“Bizim suverenliyimiz dörd şimal adasına da aiddir. Biz ərazi məsələsi həll edildikdən sonra sülh müqaviləsi imzalamaq istəyi olan əsas mövqeyimiz əsasında danışıqları davam etdirmək niyyətindəyik”, - Hayaşi vurğulayıb.

Hayaşi və Lavrov ötən ilin noyabrında telefonla Kuril adalarının mülkiyyəti məsələsini müzakirə ediblər. Tərəflər sülh müqaviləsi imzalamaq üçün dialoqu davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Kuril adalarının şimal hissəsinin mülkiyyəti ilə bağlı mübahisə səbəbindən Moskva və Tokio İkinci Dünya Müharibəsinin nəticələrinə görə sülh müqaviləsi imzalaya bilmirlər. Yaponiya İturup, Kunaşir, Şikotan adalarını və Xabomay arxipelaqının özünün şimal əraziləri hesab edir. Öz növbəsində, Rusiya 1956-cı il SSRİ-Yaponiya bəyannaməsinin müddəasına istinad edərək, ərazi mübahisəsi faktını tanımır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər