18 Yanvar 2022 13:30
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə sənayesinin Pilotsuz Uçuş Aparatları (PUA) istehsalında əldə etdiyi uğurlara beynəlxalq səviyyədə reaksiyalar davam edir.

Teleqraf.com xəbər verir ki, Türkiyənin bu istiqamətdə əldə etdiyi uğurlar Almaniyada narahatlığa səbəb olub.

Almaniyanın populyar “Handelsblaat” qəzetində bu mövzuya dair irəli sürülən iddialar ciddi düşünməyə səbəb ola bilər.

Xəbərin məzmununda Türkiyə PUA-larında istifadə edilən süni intellekt texnologiyasına qarşı hərəkətə keçilməsi vurğulanıb və Türkiyənin bu texnologiyadan uzun müddətdir istifadə etdiyi bildirilib. Qəzet Türkiyənin PUA-larla xüsusən də Liviyada əldə etdiyi uğurları da vurğulayıb.


Müəllif: Nemət