18 Yanvar 2022 16:44
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis bildirib ki, əgər Ankara aqressivləşərsə, Avropa Birliyi hər zaman sanksiyalarla hərəkətə keçə bilər.

Teleqraf.com xəbər verir ki, baş nazir bunu Strabsburqda Avropa Xalq Partiyasının deputatları önündə çıxış edərkən səsləndirib.

Avropa Xalq Partiyasının toplantısında Yunanıstana verilən dəstəyə görə deputatlara təşəkkür edən Miçotakis bildirib ki, Türkiyənin Yunanıstanla bağlı siyasəti çox açıq şəkildə dəyişməyib: “Amma Türkiyə daha da aqressivləşərsə, Avropa İttifaqı sanksiyalarla hərəkətə keçə bilər".

Mitsotakis davam edib: “Dəstəyinizə görə hamınıza təşəkkür etmək istəyirəm, xüsusilə insan haqlarının pozulması ilə bağlı o qədər də yaxşı çıxış etməyən ölkədən gələn ittihamlara görə".

Miçotakis Türkiyənin Yunanıstan və Rum Administrasiyasına qarşı “aqressiv münasibətini” davam etdirəcəyi təqdirdə onlara qarşı lazımi addımların atılacağını da bildirib.

Baş nazir Türkiyə ilə Yunanıstan arasında gərginliyi artıran Şərqi Aralıq dənizindəki durumla bağlı deyib ki, dəniz alternativ enerji mənbələri tapmaq üçün getdikcə daha əhəmiyyətli bir bölgəyə çevrilir.


Müəllif: Nemət

Oxşar xəbərlər