19 Yanvar 2022 11:33
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq texniki yardım çərçivəsində İngiltərədən göndərilən yüngül tank əleyhinə müdafiə sistemləri Ukraynaya çatıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anatoli Petrenko silahların yalnız müdafiə məqsədilə istifadə ediləcəyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, İngiltərədən tank əleyhinə müdafiə sistemlərindən ibarət texniki yardım Ukraynaya çatıb.

İngiltərənin müdafiə naziri Ben Uolles dünən Rusiyanın işğalına qarşı Ukraynanı daha çox müdafiə silahı və hərbi təlimlə təmin edəcəklərini bildirib.

“Ukraynanı yüngül tank əleyhinə müdafiə silahları ilə təchiz etmək qərarına gəldik. Az sayda ingilis personal qısamüddətli ilkin mərhələdə təlim keçəcək”, - Uolles bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər