19 Yanvar 2022 11:47
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ildə Norveçdə 77 nəfəri qətlə yetirən seriya qatili Anders Breyvik məhkəmədə hakimlərə nasist salamı verərək irqçi açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, 11 il əvvəl paytaxt Oslo və Utoya adasında törətdiyi qətliamlarda 77 nəfəri öldürən Breyvik məhkəmə qarşısına çıxıb.

Şərti azadlığa çıxmaq üçün müraciət eləmək üçün ən azı 10 il həbsdə qalmalı olan Breyvik ilk müraciətini edib. Radikal millətçi Breyvik məhkəmədə üç hakimə nasist salamı verərək irqçi ifadələr işlədib.

Yaxasına sancılmış “Ağ millətimizə qarşı soyqırımınızı dayandırın” yazısı ilə məhkəmə zalına daxil olan Breyvik baş hakim Daq Byorvikin tələbi ilə kağızı yaxasından çıxarıb.

“Hər bir hüquqi dövlətdə olduğu kimi, məhkumun şərti azadlığa buraxılmasını tələb etmək hüququ var və Breyvik bu hüququndan istifadə etmək qərarına gəlib”, - qatilin vəkili Oyşteyn Storrvik bildirib.

Anders Breyvik 2011-ci ildə Osloda hökumət binasını bombaladıqdan və 8 nəfəri öldürdükdən sonra Utoya adasındakı Leyboristlər Partiyasının gənclər düşərgəsində törətdiyu qətliamda əksəriyyəti uşaqlar olmaqla 69 nəfər həlak olmuşdu.

Cəmiyyət üçün təhlükə olaraq görülən Breyvik 2011-ci ildə törətdiyi qırğınlardan sonra qeyri-müəyyən müddətə uzadıla bilən 21 il həbs cəzasına məhkum edilib.

Breyvikin törətdiyi qətliam Norveçin İkinci Dünya Müharibəsindən bəri gördüyü “ən qanlı olay” adlandırılıb, bu səbəbdən onun şərti azadlığa buraxılması tələbinin böyük ölçüdə rədd ediləcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər