19 Yanvar 2022 12:20
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ həqiqətən də Ukrayna ilə bağlı məsələdə diplomatik səylərə sadiqdirsə, onda onlara silah tədarükünü dayandırmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı diplomatik missiyasının açıqlamasında bildirilib.

Rus diplomatik korpusu əlavə edib ki, bunun əvəzinə Vaşinqton Ukrayna hakimiyyətinə təsir imkanlarından istifadə edərək onları Minsk razılaşmalarını sabotaj etməyi dayandırmağa inandırmalıdır.

Rusiya diplomatik missiyası xatırladıb ki, çərşənbə axşamı günü Ağ Ev, Dövlət Departamenti və Pentaqonun yüksək rütbəli rəsmiləri yekdilliklə Rusiya-Ukrayna sərhədində deeskalasiya addımlarının olmadığını elan ediblər və həmçinin iddia edilib ki, Rusiya Federasiyası hər an qonşu dövləti, o cümlədən Belarus ərazisindən də işğal edə bilər.

Diplomatik korpus bir daha vurğulayıb ki, Rusiya heç kimə hücum etmək fikrində deyil. Öz torpaqlarımızda təlim keçmək bizim suveren hüququmuzdur.

Qeyd edək ki, çərşənbə axşamı Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi ABŞ-ın yaxın həftələrdə Ukraynaya daha çox hərbi yardım göndərəcəyini bildirib.


Müəllif: Nemət