Rusiya Xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken yanvarın 21-də Cenevrədə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova xatırladıb ki, bir gün əvvəl ABŞ-ın təşəbbüsü ilə tərəflər arasında təhlükəsizlik təminatlarına həsr olunmuş telefon danışığı baş tutub.
“Yanvarın 21-də Cenevrədə Rusiya Xarici işlər naziri Sergey Lavrovun amerikalı həmkarı Antoni Blinkenlə görüşü üzərində iş aparılır. ABŞ-ın təşəbbüsü ərəfəsində Lavrov və Blinken arasında təhlükəsizlik təminatları ilə bağlı telefon danışığı olub. Biz görüş barədə razılığa gəldik. İndi bu görüş üzərində iş gedir. Görüş 21 yanvarda baş tuta bilər”, - Zaxarova bəyan edib.