Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Əl-İxsa şəhərində müsəlman-şiələrə noyabrın başlanğıcında edilən hücumda iştirakçı olduğu ehtimal edilən bütün şübhəliləri yaxalamağa müvəffəq olub.
Teleqraf.com-un məlumatına görə, ölkənin Şərq əyalətinin başçısı Səud Ben Naif bu barədə jurnalistlərə müvafiq açıqlamasında bildirib.
O, qeyd edib ki, terror aktı zamanı zərər çəkmiş şəxsləri öz iqamətgahında qəbul edəcək.
Xatırladaq ki, Krallığın Şərq əyalətində Əl-İxsa şəhərində noyabrın başlanğıcında naməlum şəxslər Aşura mərasimində şiələri atəşə tutmuşdular. Hadisə nəticəsində səkkiz insan həlak olmuşdu.
Nail Cəlil