20 Yanvar 2022 17:35
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada təxminən 7 minə yaxın göndərişi çatdıra bilmədiyi üçün zibil qutusuna atan poçtalyon saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Osaka şəhər polisi “Mihara” poçt şöbəsinin əməkdaşı Yasuyuki Haranı poçt qanununu pozduğu üçün saxlayıb.

Dindirilmə zamanı Yasuyuki poçt göndərişlərini çatdıra bilmədiyi üçün onları zibil qutusuna atdığını deyib və ittihamları qəbul edib.

Saxlanılan poçtalyon COVID-19 peyvənd kuponları da daxil olmaqla 7 min göndərişi 13 ayrı plastik torbada meşəlik ərazidə zibil qutusuna atmaqda günahlandırılır.

Poçtalyonun evində aparılan axtarışda təxminən 4 min göndərişin olduğu açıqlanıb.


Müəllif: Yeganə Oqtayqızı