20 Yanvar 2022 12:46
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya neytral status lazımdır. Bu statusda o, nə NATO, nə də KTMT üzvü olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabarov bildirib.

“Mən ən yaxşı çıxış yolunun Ukraynanın nə NATO, nə də KTMT üzvü olmayacağını, neytral statuslu olacağını söyləyən politoloqlarla razıyam”, - Cabarov deyib.

Onun sözlərinə görə, amerikalıların Ukraynada strateji silahlar yerləşdirməyə risk etməyəcəkləri göz qabağındadır: “Ancaq ora taktiki silahların yerləşdirilməsi tamamilə mümkündür”.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya daxil olmasının yaxın gələcəkdə az inandırıcı olduğunu, həmçinin, ABŞ-ın Ukraynada strateji silahların yerləşdirilməməsi tələbini nəzərdən keçirəcəyini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər