20 Yanvar 2022 15:26
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyev Rusiyanın Ukraynaya qaçılmaz müdaxiləsi pərdəsi altında Qərblə birlikdə hərbi təxribat hazırlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Hazırda Qərb və Ukrayna KİV-ləri, eləcə də rəsmiləri Rusiyanın Ukraynaya qaçılmaz müdaxiləsi ilə bağlı spekulyasiyaları daha fəal şəkildə təkrarlayırlar”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, məqsəd irimiqyaslı hərbi təxribatların hazırlanmasını ört-basdır etməkdir. Zaxarova əlavə edib ki, bu cür davranışlar faciəvi nəticələrə səbəb ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu