Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsi ilə Ermənistan arasında normallaşma diplomatiyası ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, nazir iki ölkənin xüsusi nümayəndələri arasında keçirilən ilk görüşdə normallaşma prosesinin məqsədləri və qarşıdakı dövrdən gözləntilərin müzakirə edildiyini bildirib.
“Məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi məsələləri üzərində iş gedəcək”, - Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, diplomatik əlaqələrin normallaşmasının növbəti addımında xüsusi nümayəndələr etimadı artıran digər məsələləri də müzakirə edəcəklər.