20 Yanvar 2022 22:43
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən çirkli insanı kimi tanınan iranlı Amou Caci 67 ildir ki, vanna qəbul etmir.

Teleqraf.com xəbər verir ki, Caci bundan 67 il əvvəl vanna qəbul etməyin uğursuzluq olduğunu düşünərək vanna qəbul etməyi dayandırıb.

O gündən bəri heç çimməyən Caci avtomobillərin vurduğu heyvanları yeyərək və yol kənarında gölməçələrdən su içərək sağ qalıb.

Qocanın bu vəziyyəti kənd camaatının diqqətini çəkməyə başlayıb. Kənd camaatı yol kənarında tapdıqları adama daxma tikiblər, daha sonra həkimlərə məlumat verilib .

Qocanı müayinə edən həkimlər gördüklərinə inana bilməyiblər. Onun tam sağlam və immun sisteminin son dərəcə güclü olduğu üzə çıxıb. Həkimlər kişinin immun sisteminin bu qədər güclü olmasını onun orqanizmindəki parazitlərlə əlaqələndiriblər.

Amou Caci açıqlamasında kəndlilərin göstərdiyi hörmətdən məmnun olduğunu, amma onu küçədə görənlərin dəli sandığını düşünüb daşlamalarından kədərləndiyini deyib.


Müəllif: Yeganə Oqtayqızı