Suriyanın Həsəkə şəhərinin cənubunda yerləşən Sanavia həbsxanasından İŞİD-in keçmiş silahlılarından olan azı 20 məhbus qaçıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.
Məlumata görə, terrorçuların qaçışını məhbəs yoldaşları təşkil edib və bunun üçün həbsxananın girişində iki minalanmış avtomobili partladıblar.
Suriya hərbçiləri həbsxananın yerləşdiyi Güveyran məhəlləsini mühasirəyə alıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər terrorçuların axtarışını həyata keçirir.