21 Yanvar 2022 00:43
2 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci il yanvarın 1-nə Rusiyanın xarici borcu 478,2 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin əvvəli ilə müqayisədə 2,37% (və ya 11 milyard ABŞ dolları) çoxdur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında yer alıb.

“İlin əvvəlindən bankların xarici borcu 7,7 milyard ABŞı dolları artıb, bu da əsasən banklararası əməliyyatlar çərçivəsində qeyri-rezidentlərdən vəsaitlərin cəlb edilməsi hesabına.

Digər sektorların xarici borc öhdəlikləri kreditlər şəklində xarici borcun, o cümlədən birbaşa investisiya əlaqələri çərçivəsində cəlb edilənlərin azalması hesabına 15,3 milyard ABŞ dolları azalıb”-, məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər