İngiltərə Baş naziri Boris Conson Rusiyanın Ukraynaya istənilən formada hücumunun təkcə Rusiya üçün yox, dünya üçün də fəlakətli olacağını deyib.
Teleqraf.com xəbər verir ki, baş nazir İngiltərənin Ukraynanın suverenliyinə dəstəyini yeniləyib.
“Rusiya Ukraynaya istənilən miqyasda hansısa formada hücum edərsə, bu, təkcə Rusiya üçün yox, həm də dünya üçün fəlakət olacaq. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”, - Conson söyləyib