21 Yanvar 2022 15:05
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis mətbuatı Fransanın Afrikadakı səhv addımları və Emmanuel Makronun fiasko ilə nəticələnən həmlələrindən yazıb.

Teleqraf.com xəbər verir ki, “Middle East Eye” xəbər saytı Liviyada Müəmmər Qəddafinin devrilməsindəki rolundan bu yana Fransanın Avropa ölkələrindən belə dəstək ala bilmədiyini bildirib.

Sayt Qəddafinin devrilməsindən sonra qiyamçı Xəlifə Haftarla çiyin-çiyinə verən Makronun yanlış addım atdığını, Türkiyə, Rusiya və Çinin Afrikaya girdiyini yazıb. Mənbə Fransanın artıq Afrikanı itirdiyini iddia edib:

“Fransa Makronun dövründə Afrikadakı keçmiş müstəmləkələrdəki nüfuzunu itirib. Bunda iki amil təsirli oldu: ABŞ coğrafiyadan qismən geri çəkildi və Şimali Afrika və Sahil bölgəsinə yönəlik siyasət Avropa daxilində parçalanmaya səbəb oldu.

2011-ci ildə NATO-nun dəstəklədiyi Liviyaya hərbi müdaxilədə Fransanın rolu Qərbi Avropanı parçalamışdı. Keçmiş müstəmləkəçi dövlət İtaliya Fransanın Müəmmər Qəddafinin devrilməsindəki rolundan narazı idi. Bundan sonra Paris qiyamçı Xəlifə Haftarı dəstəklədi, Liviyada münaqişəni qızışdırdı və bu xəyanətkar generalı Tripolini ələ keçirməyə cəsarətləndirdi. Fransanın üzləşdiyi durum BƏƏ və Rusiyanın Haftar tərəfindən oyuna qoşulmasına gətirib çıxardı.

Eyni zamanda, bu gəlişmələr 2020-ci ilin yanvarında Türkiyənin Liviyaya birbaşa girməsinə yol açdı. Fransanın Haftarı hakimiyyətə gətirmək planı iflasa uğradıqda Makronun bütün addımları fiaskoya uğradı.

Makronun addımları bütün proses boyunca xüsusən Əlcəzairi hiddətləndirdi. Onun 1830-1962-ci illərdə bu ölkədəki müstəmləkəçi Fransa rejiminin Osmanlı ilə müqayisədə səhvi vəziyyəti daha da pisləşdirdi. Əslində Osmanlı Şimali Afrikaya İspaniyanın işğalı zamanı bölgə xalqının istəyi ilə gəlmişdi.

Makronun tarixi yenidən yazmaq cəhdi həm Əlcəzair prezidentini, həm də bu ölkədəki müxalifəti qəzəbləndirib. Əlcəzair indi rus muzdlularının Malidə olmasına etiraz etmir. Bu gün bir çox Qərbi Afrika lideri hesab edirlər ki, Fransa münaqişələri qızışdırır və qitədə sabitliyi pozur.

Türkiyə, Çin və Rusiyanın aktiv şəkildə ticarətlə məşğul olduğu bir coğrafiyada müstəmləkəçi stereotipləri tez-tez təkrarlayan Fransa bölgədəki strategiyasını ciddi şəkildə yenidən nəzərdən keçirməlidir. Fransız alqoritmləri həmişəkindən daha çox XXI əsrə uyğunlaşmalıdır. Fransanın indi 2011-ci ildəkindən daha az kartı var və Türkiyə və Rusiyanın artan təsirinin qarşısını ala bilmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər