21 Yanvar 2022 11:09
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mümkün Ukrayna-Rusiya müharibəsində Türkiyənin kənarda qalması çox çətindir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik eksperti Abdulla Ağar deyib.

Onun fikrincə, belə bir müharibə ehtimalı Türkiyənin ən çox balans siyasətini təhdid edəcək:

“Bu müharibə bizi tərəf tutmağa məcbur edəcək. Məsələnin digər tərəfi satdığımız Pilotsuz Uçuş Aparatlarıdır (PUA). Ruslar yeni nəsil müharibə doktrinasından çox narahatdırlar. Çünki bu dronlar bir çox bölgədə hədəfləri darmadağın edib, öz gücünü göstərib. Təsəvvür edin ki, Rusiya müharibəyə girir və onu uduzur. Türk dronlar isə bu işdə çox böyük rol alır".

Prezident Baydenin “Rusiya Ukraynanı işğal edərsə, ortaqlarımız və müttəfiqlərimizlə birlikdə Rusiyaya zərər verəcək ciddi addımlar atmağa hazırıq” mesajını şərh edən Abdullah Ağar bildirib ki, ABŞ Ukrayna üzərində hesablaşmaq istəyir:

“Bununla Rusiyanın nə qədər güclü ölkə olmasını görmək istəyir. Bir də aralarında paylaşma ola bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər