Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən irəliləyiş gözləmədiyini, lakin cavablar gözlədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Lavrov təhlükəsizlik təminatları təklifləri üzərində işləmək kontekstində Cenevrədə görüşün keçirilməsi ideyasına görə Amerika tərəfinə təşəkkür edib.
Qeyd edək ki, yanvarın 21-də Cenevrədə Lavrov və Blinken arasında danışıqlar başlayıb.
ABŞ dövlət katibi bir müddət əvvəl Rusiya xarici işlər naziri ilə görüş nəticəsində böyük irəliləyişlərin olacağını gözləmədiyini bildirib.