21 Yanvar 2022 16:28
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə Cenevrədə keçirilən görüşdən sonra mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, S.Lavrov ilk olaraq E.Blinkenlə görüşün müddəti haqqında danışıb.

O deyib: “Görüş 1,5 saat nəzərdə tutulmuşdu, nəyi müzakirə edəcəyimizi bilirdik”.

S.Lavrov bildirib ki, Rusiya artıq ABŞ-ın təhlükəsizlik zəmanəti danışıqlarına şifahi reaksiyasını eşidib: “Rusiya artıq təhlükəsizlik zəmanəti məsələləri ilə bağlı əvvəl keçirilmiş məsləhətləşmələrə ABŞ-dan ilk şifahi reaksiyanı eşitdi”.

Rusiya XİN başçısı daha sonra deyib ki, ABŞ alyansın müttəfiq seçim azadlığı ilə bağlı bəzi arqumentləri təkrarlayıb: “Bu gün biz alyansın azad seçim hüququ ilə bağlı əvvəl təkrar olunan arqumentləri eşitdik”.

S.Lavrov E.Blinkenlə Ukraynanı müzakirə etdiyini vurğulayıb.

Rusiya xarici siyasət idarəsinin başçısı deyib ki, ABŞ gələn həftə Rusiyanın təhlükəsizlik təkliflərinə yazılı cavab verəcəyini vəd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər