21 Yanvar 2022 23:14
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vyanda İranla aparılan nüvə danışıqları kritik nöqtəyə çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, danışıqlarda ciddi və müsbət irəliləyiş olmayacağı halda rəsmi Vaşinqton və müttəfiqləri İrana qarşı daha fərqli mövqe sərgiləməli və digər seçimləri nəzərdən keçirməlidirlər.

“İranla nüvə danışıqları həssas və kritik nöqtəyə çatıb. Tələsmək lazımdır, qarşılıqlı şəkildə nüvə müqaviləsinə qayıdıb-qayıtmayacağımızı bilmək üçün sadəcə bir neçə həftəmiz var”, - Blinken vurğulayıb.

Dövlət katibi qeyd edib ki, danışıqların indiki mərhələsi təyinedici olacaq:

“Hələlik lazım olan nöqtəyə çatmamışıq. Hesab edirik ki, tezliklə razılaşma olmasa, tam fərqli istiqaməti seçmək məcburiyyətində qalacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər