22 Yanvar 2022 11:06
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO yanvarın 24-dən fevralın 4-dək Aralıq dənizində “Neptun hücumu” adlı təlim keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü, polkovnik J. Kirby bəyan edib.

Təlimlər 24 yanvarda başlayacaq. ABŞ ordusunun “USS Harry S. Tuman” gəmisi təlimlərdə iştirak edəcək və hazırda NATO komandanlığının tabeliyinə verilib.

NATO-nun baş katibi Yens Stoltenberq sosial media hesabında bəyan edib ki, “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinin Aralıq dənizində NATO komandanlığı altına keçməsini alqışlayır.

“NATO hər zaman müttəfiqlərini qorumaq və müdafiə etmək üçün lazım olanı edəcək”, - baş katib bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər