20 Noyabr 2014 02:25
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusuna aid döyüş təyyarələrinin Rakka şəhərinə təşkil etdiyi hücum zamanı 9 nəfər ölüb, 15 nəfər yaralanıb.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Suriya İnsan Haqları Təşkilatından bildiriblər ki, döyüş təyyarələri Rakkada İŞİD terror təşkilatının nəzarəti altında olan ərazini bombalayıb.

Döyüş təyyarələri ilk olaraq şəhərdəki İbn-i Haldun məktəbini bombalayıb. İkinci hücum isə şəhərin mərkəzindəki Cavad Enzur parkına edilib.

Hava hücumu zamanı 8 ev və 10 iş yeri dağıdılıb. Suriyalı fəallar bildirib ki, hava hücumu zamanı İŞİD üzvləri o qədər də zərər görmür, daha çox zərbə xalqa dəyir.

Nihad


Müəllif: