22 Yanvar 2022 14:16
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, 13 ildən sonra ilk dəfə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və İsrail Xarici işlər naziri Yair Lapid arasında müzakirə keçirilib.

Ötən axşam Ankara ilə Təl-Əviv arasında mühüm bir yaxınlaşma olub. Çavuşoğlu-Lapid görüşünün prezident Ərdoğanın 4 gün əvvəl “İsrail prezidenti İzak Hersoqun Türkiyəyə səfəri ola bilər” açıqlamasından sonra keçirilməsi diqqət çəkib.

Qeyd edək ki, prezident Ərdoğan yanvarın 13-də İsrail prezidenti Yitzak Herzoqa zəng edərək anası Aura Hersoqun vəfatı ilə bağlı başsağlığı vermişdi.

Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında iki ölkənin xarici işlər nazirlərinin telefon danışığı olduğunu açıqlayıb, lakin görüşün məzmunu ilə bağlı məlumat paylaşılmayıb.

Bununla belə, qaynaqlar bildirir ki, ötən gün telefon danışığında həm Hersoqun səfər planı, həm də ABŞ-ın Şərqi Aralıq dənizi Boru Kəməri (EastMed) layihəsindən dəstəyi geri çəkməsi müzakirə edilib. Oxşar məlumatı İsrailin “Jarusalim Post” qəzetinə danışan mənbələr də təsdiqləyib.


Müəllif: Nemət