“EastMed” boru kəməri layihəsi əvvəldən siyasi layihə idi”.
Teleqraf.com xəbər verir ki, bunu yunan siyasətçisi Evangelos Venizelos deyib.
Venizelos 2013-2015-ci illlərdə baş nazirin müavini və xarici işlər naziri vəzifəsini icra edib.
Venizelos Kipr Respublikası, İtaliya və İsrail ilə əldə olunan razılaşmanın 2020-ci ilin may ayında Yunanıstan parlamentində böyük səs çoxluğu ilə təsdiqləndiyini xatırladaraq, təəccüblü bir məqama diqqət çəkib.
Sabiq nazir qeyd edib ki, İtaliya müqaviləni dəstəklədiyini bildirsə də, onu imzalamayıb: “Layihənin həyata keçirilməsi üçün sənəd aktyorlar üçün siyasi baxımdan məqbul olmalıdır”.
“EastMed”in həyata keçirilməsinin həm də qitə şelfinin və iqtisadi bölgənin delimitasiyasına bağlı olduğunu ifadə edən Venizelos əlavə edib ki, Afina Türkiyə-Yunanıstan münasibətlərindəki həmlələrinə strateji baxımdan yenidən baxmalıdır.