20 Noyabr 2014 03:50
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-lə kürd peşmərgələri arasında yaşanan qarşıdurmada Türkiyə ərazisinin növbəti dəfə hədəfə çevrilməsi türk silahlı qüvvələrinin səbr kasasını daşdırıb.

Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, ölkənin Suriya ilə sərhədində yaşanan silahlı insident zamanı Türkiyə ərazisinə 3 mərmi düşüb.

Bu faktı Türkiyənin Müdafiə Nazirliyi də rəsmi şəkildə təsdiqləyib. Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahından verilən məlumata əsasən, türk ordusunun adekvat cavabı gecikməyib. Dərhal səmaya qalxan türk hərbi aviasiyası bölgədə İŞİD-in mövqelərinə hava zərbələri endirib.


Müəllif:

Oxşar xəbərlər