S-400 hava hücumundan müdafiə sistemlərinin alınması seçim deyil, Türkiyənin milli təhlükəsizliyinin təcili tələbidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun özlərinə görə, Birləşmiş Ştatlar Türkiyəni Rusiyadan S-400-lər alması ilə bağlı əsassız olaraq tənqid edir.
"Türkiyə hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün NATO ölkələrinə müraciət edib, lakin bundan imtina edilib. Vaşinqtonla bütün fikir ayrılıqlarının dialoq yolu ilə həllinin tərəfdarıyıq".