20 Noyabr 2014 07:00
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın şimal-şərqində 5,3 bal gücündə zəlzələ olub.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Fukusima prefekturasından şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.

Zəlzələni paytaxt Tokio daxil olmaqla, 17 prefekturanın sakinləri hiss edib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.


Müəllif:

Oxşar xəbərlər