23 Yanvar 14:23
1 286

ABŞ-ın yeni hərbi yardımının ilk partiyası Ukraynaya çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Prezident Co Baydenin bu yaxınlarda Ukraynaya göndərmək qərarına gəldiyi ilk yardım partiyası gecə saatlarında Ukraynaya çatıb”, - məlumatda deyilib.

Hərbi yük müdafiə xarakterli sursatlar da daxil olmaqla, təxminən 90.7 ton ölümcül silahdan ibarətdir.

ABŞ Dövlət Departamenti bundan əvvəl açıqlamışdı ki, rəsmi Vaşinqton Ukraynaya hərbi yardım göndərməyə davam etməyi planlaşdırır və yaxın həftələrdə yeni göndərişlər gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu