Vaşinqtonda 41 yaşlı Ayova ştatının sakini Ar Cey Kafim Ağ Evin ərazisinə daxil olmağa cəhd göstərib.
Teleqraf.com-un "Associated Press" agentliiynə istinadən verdiyi məlumata görə, mühafizəçilər tərəfindən saxlanılan şəxsin avtomobilində aparılan axtarış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkar edilib.
Kafima qarşı qanunsuz silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb. Qeyd edək ki, sentyabrın 20-də İraq müharibəsinin 42 yaşlı veteranı Omar Qonzales Ağ Evə qanunsuz olaraq daxil olmuşdu. Bundan sonra isə ABŞ məxfi xidmətinin rəhbəri Culiya Pirson mütəmadi olaraq təkrarlanan analoji hadisələrə görə istefa vermişdi.