İraqın şərqində İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Respublikanın Silahlı Qüvvələrinə istinadən "Shafaq News" portalı xəbər yayıb.
"Təhlükəsizliyin təmin edilməsi üzrə genişmiqyaslı əməliyyatı bazar günü səhər Diyala əyalətinin şimalındakı Əl-Əzimdə başlayıb. Əməliyyatda ordu hissələri, xüsusi təyinatlılar, Əl-Həşd əş-Şaabi şiə qoşunlarının və yerli tayfaların döyüşçüləri iştirak edirlər. Onlara havadan dəstək ölkənin Hərbi Hava Qüvvələri tərəfindən təmin edilir, üç istiqamətdən radikalların mövqelərinə qurudan hücum həyata keçirilir", - deyə məlumatda deyilir.
Qeyd edilir ki, əməliyyat bu həftənin əvvəlində İŞİD terrorçularının Diyalada həyata keçirdiyi hücuma cavab olaraq həyata keçirilir.